Bir gündə 57 yeni yoluxma - 2 nəfər vəfat etdi

16:48 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Azərbaycanda bir sutka ərzində koronavirusa yoluxma üzrə 57 hal aşkar edilib. Keçən gün  47 yoluxma halı olmuşdu.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 335 625 hal aşkarlanıb.

Bir gün ərzində 84 nəfər müalicə olunub və evə yazılıb. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 329 794 nəfərə çatdı.

Koronavirusdan sutka ərzində 2 nəfər dünyasını dəyişib. Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4965 nəfər təşkil edir.

Bir gün ərzində 7948, pandemiya başlanandan isə ümumilikdə 3698172 test edilmişdir.

 

Bütün xəbərlər