330x110
 

Üçüncü doza ilə bağlı rəsmi açıqlama

23.06.2021,17:19


23 iyun, Fineko/abc.az. Azərbaycanda hələlik üçüncü doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur.

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Rəşad Mahmudov Arb kanalına açıqlamasında deyib.

O qeyd edib ki, bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz.

"Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də operativ qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır. Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyə sistemi də üçüncü doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı ehtiyac duyulmamaqdadır”, - deyə o bildirib.