Həyat sığortası üzrə imzalanan müqavilələr azalıb - Hesabat

17:29 - 23.06.2021


23 iyun, Fineko/abc.az. 2021-ci ilin birinci rübündə könüllü sığorta növləri üzrə müqavilələrin sayı 21,3% - 248,696 minə qədər azalıb.

ABC.AZ-ın interfax-a istinadən məlumatına görə, sözügedən dövrdə eyni zamanda, həyat sığortası üzrə 180,395 min müqavilə (azalma 4,2%), qeyri-həyat sığortası üzrə 68,301 min müqavilə (azalma 46,3%) bağlanıb. Ən çox müqavilə (39,146 min) əmlak sığortası üzrə bağlanlıb.

Yanvar-mart aylarının yekunları üzrə Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 248 milyon 988,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur.

 

Bütün xəbərlər