Təhsil haqqının ödənişi ilə bağlı müraciət - Detallar

11:55 - 24.06.2021


24 iyun, Fineko/abc.az. 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına 46 947 nəfər müraciət edib.

Təhsil Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.

Hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.

 

Bütün xəbərlər