Bakı Slavyan Universitetinə rektor əvəzi gətirildi

12:11 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilib. A.Nağıyev kollektivə təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

Bütün xəbərlər