Çin Mars planetinə içində insan olan kosmik gəmilər göndərəcək

14:14 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Çin qlobal 2033-cü ildən Mars planetinə içində insan olan kosmik gəmilər göndərəcək.

ABC.AZ xəbər verir ki, Çinin Qlobal Kosmik Raket Akademiyasının rəhbəri Wang Xiaouyin bu barədə ilk dəfə açıqlama verib.

Plana görə, Marsın səthinə ilk öncə robotlar enərək, orda Çinin kosmik bazası üçün yer seçəcəklər.

Bazanın inşasından sonra Çin öz astronavtlarını müntəzəm şəkildə ən sirli planetlərdən birinə göndərəcək. Missiyalar 2033, 2035, 2037, 2041 və 2043-cü illərdə həyata keçiriləcək.

 

Bütün xəbərlər