330x110
 

Sahələrdən 1 milyon 832 min 176 ton biçin həyata keçirilib

24.06.2021,15:10


24 iyun, Fineko/abc.az. İyunun 24-nə olan operativ məlumata görə, artıq 578 min 250 hektar sahədə biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, sahələrdən 1 milyon 832 min 176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir. Bugünədək 321 min 86 ha sahədə arpa, 257 min 164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993 min 115 ton arpa, 839 min 61 ton buğda yığılıb. 

Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.