330x110
 

“Bolluq LTD” şirkətində mənimsəmə - Cinayət işi açıldı

24.06.2021,15:45


24 iyun, Fineko/abc.az. “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, aparılmış araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 01-dən 2021-ci il aprelin 19-dək  olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü  maddələri ilə cinayət işi başlanılıb.