Əhalinin banklardakı əmanətləri bu qədər artıb - Hesabat

16:01 - 24.06.2021


24 iyun, Fineko/abc.az. 2021-ci ilin may ayında əhalinin banklardakı əmanətləri 282,3 milyon manat artıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə əhalinin banklardakı əmanətləri  8 milyard 635,2 milyon manata çatıb.

May ayında bank sektorunun kredit qoyuluşları isə 79,6 milyon manat artaraq 14 milyard 691,4 milyon manata yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər