Azərbaycanda bank sektoru kiçilib - 13 faiz azalıb

16:06 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar-may dövrünü 273,2 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, müqayisə üçün bildirək ki, sektor ötən ilin eyni dövrünü 314,5 milyon manat xalis mənfəətlə bağlamışdı.

Bu ilin ilk 5 ayında bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 milyon manat və ya 13,1% azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər