Azərbaycanda problemli kreditlər yenə də artıb - Detallar

16:37 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 906,9 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın yaydığı statistikaya görə, bu, mayın 1-i ilə müqayisədə 1,6% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,55% artıb, son 1 ildə isə 16,4% azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il mayın sonuna isə 7,3% olub.

 

Bütün xəbərlər