Yoluxanların sayı açıqlandı - Ölən yoxdur

16:53 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycanda bir sutka ərzində koronavirusa 51 yoluxma halı qeydə alınıb. Dünən isə 57 yoluxma qeydə alınmışdı.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 335 625 hal aşkarlanıb.

Sutka ərzində 76 nəfər müalicə olunub. Koronavirus infeksiyasından saöalanların ümumi sayı 329 870 nəfərə çatıb.

Bir gün ərzində koronavirusdan heç bir ölüm qeydə alınmayıb, Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4965-dir.

Bir gün ərzində koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün 7 879 test keçirilib, pandemiyanın başlanmasından etibarən isə ölkədə cəmi 3 706 051 test keçirilmişdir.

 

Bütün xəbərlər