Azərbaycana 40-da çox ölkədən toyuq əti idxalı qadağan olunub?

17:25 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycana 40-dan çox ölkənin bəzi bölgələrindən toyuq əti idxalı qadağan edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

O qeyd edib ki, 55-ə yaxın ölkədə hazırda quş qripi mövcuddur, amma bu xəstəliyin bəzisi vəhşi təbiətdə qeydə alınıb:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından informasiyanı əldə etdikdən sonra həmin ölkədən toyuq əti idxalı məhdudlaşdırılır. Həm ət, həm də toyuq əti idxalına məhdudiyyət qoyulanda təhlükənin aradan qalxmasından sonra müəyyən gözləmə müddəti var, bu müddət 3 aydan 3 ilə qədər ola bilər. Bundan sonra isə məhsulun idxalına qoyulan məhdudiyyət aradan qaldılır. Bu məhdudiyyət ümumi ölkə ərazisinə yox, xəstəliyin baş verdiyi zonaya aid olur”.

 

Bütün xəbərlər