Prezident qəbul keçirib

15:23 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Prezidenti İlham Əliyev bir sıra xarici qonaqları qəbul edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, dövlət başçısı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.

 


Bütün xəbərlər