330x110
 

Bu sosial platformanın səhmləri bahalaşıb - 4 faizdən çox

29.06.2021,10:16


29 iyun, Fineko/abc.az. “Facebook”un səhmləri bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, 28 iyun bazar ertəsi günü keçirilən ticarət sessiyasının sonunda sözügedən şirkətin səhmləri 4.18% artaraq 355.64 dollara çatıb.

Sosial şəbəkənin kapitallaşması 1.008 trilyon dollar olub.

Qeyd edək ki, Mark Zukerberqin sahib olduğu bu şirkətin 1 trilyon dollar səviyyəsinə çatması 9 il çəkib.

Müəllif: Elmir Murad