Sumqayıtda İcra Hakimiyyəti tenderdə "CALİFORNİAS 252 C" şirkətini qalib etdi

14:08 - 29.06.2021


29 iyun, Fineko/abc.az. Sumqayıt Şəhər İcra Hakimiyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, İcra Hakimiyyəti Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması (I hissə) tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "CALİFORNİAS 252 C"  Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyəti qalibə 443 min manat ödəyəcək.

 

Bütün xəbərlər