“Amrah Sığorta”nın səhmdarları toplanır - Ləğv məsələləri müzakirə olunacaq

17:27 - 30.06.2021


30 iyun, Fineko/abc.az. 29 İyul 2021-ci il tarixdə, saat 11:00-da ləğv prosesində olan “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, R.Muxtarov küçəsi 38 ünvanında keçiriləcək.

Yığıncaqda “Amrah Sığorta” ASC-nin ləğvetmə prosesinin yekunu haqqında məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

Bütün xəbərlər