Elektron kredit platforması təkmilləşdiriləcək - Tender elan olunub

10:44 - 1.07.2021


1 iyul, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu Elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar  müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak haqqı 350 manatdır.

 

Bütün xəbərlər