Prezident bir qrup DİN əməkdaşını təltif edib - Sərəncam

10:31 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə bir qrup Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.

 

Bütün xəbərlər