Bu polislərə general-mayor rütbəsi verildi - Sərəncam

10:41 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev 2 İyul – Polis Günü ilə bağlı Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

Polis polkovniki Əlaslan Qaçay oğlu Ağayev

Polis polkovniki İslam Möhsüm oğlu Hümbətov

Polis polkovniki Əkbər Məcid oğlu İsmayılov

Polis polkovniki Əbülfət Əhəd oğlu Rzayev.

 

Bütün xəbərlər