Bakıda bu yollar bağlanacaq - Siyahı

16:25 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Bakıda keçirilən Avro 2020 Avropa Futbol çempionatının keçirilməsi ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələri üçün hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən ABC.AZ-a verilən məlumata görə, Avro 2020 Avropa Futbol çempionatının növbəti oyunu 3 iyul 2021-ci il tarixdə Olimpiya stadionunda keçiriləcək.

"Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib. Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur" deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Bütün xəbərlər