Müəllimlərin işə qəbulu başlayıb - Gələn aya kimi davam edəcək

11:26 - 5.07.2021


5 iyul, Fineko/abc.az. İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 

Təhsil Nazirliyindən ABC.AZ-a verilən xəbərə görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.

Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq. 

 

Bütün xəbərlər