Sumqayıtdadakı güzəştli mənzillər belə tikilib - Detallar

16:38 - 5.07.2021


5 iyul, Fineko/abc.az. Sumqayıt şəhərində güzəştli mənzillərin təmir nümunələri təqdim olunub.

ABC.AZ xəbər verir ki, agentliyin digər layihələrində olduğu kimi Sumqayıt şəhərində güzəştli mənzillər də ənənəvi olaraq 2 cür təmir edilib.

Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir.

Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək.

Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib. Sumqayıt şəhərində güzəştli mənzillərin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən mənzillərin görüntülərini təqdim edən video-çarx hazırlanıb.

 

Bütün xəbərlər