330x110
 

Bu şirkəti dövlətə ilk dəfə dividend ödəyəcək

06.07.2021,10:28


6 iyul, Fineko/abc.az. “AzerGold” bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən, Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödəyəcək.

ABC.AZ xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov fəaliyyətə başlamasının 5-ci ildönümündə geoloqlar ilə görüş zamanı bildirib.

Zakir İbrahimov tək bir mədənin – Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib.

Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb.

Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.

Müəllif: Elmir Murad