330x110
 

“Azərpambıq Aqrar Sənaye Kompleksi” tender keçirir - Detallar

06.07.2021,11:17


6 iyul, Fineko/abc.az. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Saatlı PİEZ-də yenidən qurulması işlərində istifadə olunacaq tikinti materiallarının satınalınması məqsadilə açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

İştirak haqqı: İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğdə iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.