Yeni iş yerləri açılacaq - “AzerGold” əməkdaşlarının sayını artıracaq

12:32 - 6.07.2021


6 iyul, Fineko/abc.az. “AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına xüsusi önəm verir.

ABC.AZ xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında qeyd olunub.

O qeyd edib ki, hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də Cəmiyyətin mədən ərazilərində 1000 nəfər tərəfdaş şirkətlərin əməkdaşı çalışır.

Açıqlamada qeyd edilib ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirilən Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb: “Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər