Bakıda daha bir Forum keçiriləcək - Razılaşdırıldı

16:20 - 6.07.2021


6 iyul, Fineko/abc.az. 25-ci İBF Forumu (İnternational Business Forum) bu il Bakıda keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur.

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və İBF-in nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İBF arasında 25-ci İBF-in Forumunun Bakıda keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

 

Bütün xəbərlər