İran Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

14:31 - 28.03.2018


28 mart, Fineko/abc.az. Bu gün İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda İran Prezidenti Həsən Ruhanini Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, həmçinin bir sıra ikitərəfli sənədlər imzalanacaq.

 

 


Bütün xəbərlər