330x110
 

Bakıda iki böyük zavod satışa çıxarılır - Detallar

07.07.2021,12:04


7 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Tibb Texnikasının Təmiri Zavodu” və “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

ABC.AZ-ın məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu”nun özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 845 056 manat olan 922 528 səhmi satışa çıxarılacaq.

Müəssisənin 635 306 manat öhdəlikləri və 273 925 manat debitor borcları var.

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu”nun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.