Ceff Bezosun sərvəti artdı - Yeni rekord

14:07 - 7.07.2021


7 iyul, Fineko/abc.az. ABŞ-ın “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti 211 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” Agentliyi məlumat yayıb.

Hesablamalara görə, iyulun 6-da birjada ticarətin nəticələrinə əsasən, Bezosun aktivlərinin ümumi dəyəri 8,44 milyard dollar artıb. Bununla da onun sərvəti 211 milyard dollara çatıb.

Bu məbləğ nə vaxtsa bu reytinqdə yer alan biznesmenlər üçün rekord göstərici hesab olunur.

Bütün xəbərlər