Bakıda yeni müəssisə - Avtomobillər üçün şampun buraxılacaq

12:15 - 8.07.2021


8 iyul, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda “PROLİNE CHEMİCALS” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investiya layihəsi haqqında məlumat verib.

O, yüksək keyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətlərini avtoyuma və avtokosmetika, məişət, sənaye və avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil etdiyini vurğulayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər