Beş ayda Qazaxıstandan Azərbaycana bu qədər pul köçürülüb

12:31 - 8.07.2021


8 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana təcili pulköçürmə sistemləri ilə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana 6 mlrd. tenge (təxminən 14 mln. ABŞ dolları) məbləğində vəsait göndərilib.

Təkcə may ayında Qazaxıstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 1,1 mlrd. tenge (2,6 mln. dollar) olub.

Xatırladaq ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tenge (33,3 mln. dollar) həcmində pul transfert olunub, bu da 2019-cu illə müqayisədə 0,3% azdır.

 

Bütün xəbərlər