330x110
 

STP Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək - Memorondum imzalandı

08.07.2021,15:12


8 iyul, Fineko/abc.az. Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkının (SKSP) nəzdində olan Peşə Təhsil Mərkəzi əməkdaşlıq barədə memorandum imzalayıb.

STP-dən ABC.AZ-a daxil olmuş məlumata görə, görüşdə STP-nin Baş direktoru Ruslan Ağabəyli, Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva, SKSP-dən Baş direktorun muavini Fuad Məhərrəmov, Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və hər iki tərəfdən digər nümayəndələr iştirak edib. Memorandum müxtəlif peşə ixtisasları üzrə təhsil alan tələbələrin STP və onun törəmə şirkətlərinin bazasında istehsalat təlimi və təcrübəsini keçmələrinə şəraitin yaradılmasını nəzərdə tutur.

Həmçinin, əməkdaşlıq çərçivəsində STP əməkdaşlarının SKSP-nin Peşə Təhsil Mərkəzinin təlim-tədris imkanlarından faydalanması nəzərdə tutulur.

Əməkdaşlığın başlıca məqsədi gələcək kadr ehtiyaclarının ödənilməsi, cari insan resurslarının keyfiyyətini və peşəkarlırığı artırmaq istiqamətində birgə fəaliyyətin göstərilməsidir.