Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu

16:49 - 28.03.2018


28 mart, Fineko/abc.az. Bu gün, martın 28-də, Ankarada Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşdə iki ölkə arasında hərbi  əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

“Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil, birgə hərbi təlimlərin keçirilməsi sahələrində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər haqqında fikir mübadiləsi apardılar”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər