Mehriban Əliyeva İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavinini qəbul edib

17:43 - 28.03.2018


28 mart, Fineko/abc.az. Birinci vitse-prezident Mehriban Əliyeva İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

Mehriban Əliyeva dövlət başçıları arasında görüşlərin əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini və son illərdə Azərbaycan və İranın ölkələr və regionlar üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini bildirdi.  Nəqliyyat layihələrinin əhəmiyyətini qeyd edərək, həm Azərbaycan, həm də İran üçün faydalı olacaq Rəşt-Astara dəmir yolunun tikintisinə dair razılaşma imzalanacağını bildirib.

Öz növbəsində, Məsumə İbtikar, ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin və qadınlar və ailə məsələləri ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirdi.

 

Bütün xəbərlər