Azərbaycanda yeni zavod fəaliyyətə başlayacaq

11:14 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Azərbaycanda sənaye partlayıcılarına olan tələbatı qarşılamaq üçün ölkədə partlayıcı maddələrin istehsalı zavodunin tiknitisi nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə,  müəssisə "AzerGold" QSC tərəfindən inşa ediləcək.

Bunu şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə "AzerGold" 2021-ci ildə "AzerBlast" MMC şirkətini təsis edib. Sözügedən MMC sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. 

 

Bütün xəbərlər