Azeurotel-in işində çətinlik yaranıb?

11:30 - 12.07.2021


12 iyul, Fineko/abc.az. İyulun 9-da "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində çətinlik meydana gəlmişdi.

"Baktelecom"dan ABC.AZ-a verilən məlumata görə,  çətinliyin böyük qismi artıq aradan qaldırılıb.

Xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri artıq bərpa edilib.

 

Bütün xəbərlər