Kiyevdən Bakıya aviauçuşlar artırılır

15:19 - 12.07.2021


12 iyul, Fineko/abc.az. "Ukrayna Beynəlxalq Hava Yolları" şirkəti (MAU) Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslərin sayını artırır.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın milli aviadaşıyıcısı xəbər verir.

Məlumata görə, sabahdan başlayarq hər həftənin çərşənbə axşamı günləri, iyulun 24-dən başlayaraq isə hər həftənin şənbə günləri Kiyevdən Bakıya və geriyə əlavə aviareyslər yerinə yetiriləcək.

 

Bütün xəbərlər