Prezidentin köməkçisi Vətən müharibəsindən danışıb

16:03 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğunu qeyd edib.

ABC.AZ-ın məlumatına görə, o münaqişənin keçmişdə qaldığını bildirib.

"Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsidir. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcək” deyə H. Hacıyev qeyd edib.

 

Bütün xəbərlər