330x110
 

Bakıda məşhur şadlıq saraylarının rəhbərlərinə qarşı cinayət işi başlandı

12.07.2021,16:34


12 iyul, Fineko/abc.az. Bakıda toylarla bağlı qaydaları pozan restoran və şadlıq saraylarının rəhbərləri barədə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında («Gülüstan»,  «Golden Baku», «Billur», «Kral», «Aura», «SS Hall», «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.