Xaçmazda şaftalı yığımına başlanılıb - 50 qəpikdən satılır

11:19 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Xaçmazda hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.

ABC.AZ xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir.

Onlar şaftalının bir kiloqramını 50-90 qəpiyə satırlar. Amma ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb.

Təsərrüfatçılar bunu Rusiya bazarlarına az məhsul göndərilməsi ilə əlaqələndirirlər. Ümumilikdə, Xaçmaz rayonunda 2 min 748 hektara yaxın şaftalı bağı var ki, bunun da 2400 hektarı barverəndir.

Hər il rayon bağlarından 7 min tondan çox şaftalı toplanır.

 

Bütün xəbərlər