“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətində dəyişiklik

15:01 - 13.07.2021


13 iyul, Fineko/abc.az. “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsindən kənarlaşdırılıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, İdarə Heyətinin üzvü Günel Rəhimova Cəfərağa qızı vəzifəsindən kənarlaşdırlıb.

Onun adı bundan sonra “Atəşgah Sığorta” (müvəqqəti sədr kimi) və “Atəşah Həyat” Sığorta Şirkətinin Təftiş Komissyasında (müvəqqəti üzv) yer alacaq.

Bununla da ana şirkət olan “Atəşgah Sığorta”nın idarə heyətinin üvlərinin sayı sədrlə birlikdə üç nəfərə düşüb.

Qeyd edək ki, G.Rəhimova 2 iyul 2021-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında attestasiyasından keçib. O, 2011-ci ildə “Atəşgah” sığorta brendinə təyinat alıb.

 

Bütün xəbərlər