Minalar qayıdışı ləngidir – Prezident

17:30 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

ABC.AZ xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.

"Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.Sonda sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək”, - deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər