R-Pharm Şİrkətlər Qrupunun Azərbaycandakı əczaçılıq zavodu Fransanın Servİer şİrkətİ İlə tərəfdaşlıq sazİşİ İmzalayıb

10:16 - 14.07.2021


R-Pharm MMC (“R-Pharm” Şirkətlər Qrupuna daxildir) və  beynəlxalq müstəqil əczaçılıq qrupu Servier Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün preparatların lokalizasiyası sahəsində tərəfdaşlığın genişləndirildiyini elan ediblər.

Tərəflər, “R-Pharm” zavodunda şəkərli diabetin fəsadlarının profilaktikası üçün Diabeton® (qliklazid) preparatının ikincili qablaşdırma mərhələsinin lokalizasiyasını, həmçinin ölkədə bu məhsulun kommersiyalaşdırılması üçün nəzərdə tutan müvafiq saziş imzalayıblar.

Beşillik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu dərman vasitəsi istehsal edəcək.

Azərbaycanda xarici əczaçılıq şirkətlərinin preparatların istehsalının lokalizasiyası - müasir və effektiv dərmanlarla müalicəni respublikada yaşayan xəstələr üçün daha əlçatan olmasına kömək edəcək mühüm prosesdir.

“2-ci tip şəkərli diabet Azərbaycanda çox tez rast gəlinən bir xəstəlikdir. Bu xəstəlik ölkə səviyyəsində 260 000-dən çox insana təsir göstərməklə yanaşı, xəstələr üçün ciddi və üzücü fəsadlar yarada bilir. Bu layihə - 2-ci tip şəkərli diabet xəstələri üçün özünü təsdiqləmiş orijinal bir dərman preparatı ilə təmin etmək üçün yaxşı fürsətdir. “R-Pharm” ilə tərəfdaşlıq “Servier” şirkətinin azərbaycanlı pasiyentlərə güclü sadiqliyini və davamlı dəstəyini göstərir“ – “Servier” şirkətinin Azərbaycandakı nümayəndəliyinin Baş direktoru Rişad Təhməzov dedi.

Xatırladaq ki, 9 dekabr 2019-cu il tarixində Pirallahı Sənaye Parkında “Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun istehsal zavodunun təntənəli açılış mərasimi keçirilmişdir.

Bakıda yerləşən “R-Pharm” əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş istehsalat müəssisəsinin sahəsi 4,6 ha təşkil edir. Zavodun istehsal gücü ildə 250 mln. ədəd qutudan çoxdur.

Diabeton məhsulu haqqında:

Diabeton (qliklazid) sulfanil sidik cövhəri sinfinə daxil olan peroral qlükoza azaldıcı dərman vasitəsidir və 40 ildən artıqdır ki, insulindən asılı şəkərli diabetin (2-ci tip şəkərli diabetin) müalicəsində istifadə olunmaqdadır. Bu dərman vasitəsi yetkin yaşlı 2-ci tip şəkərli diabet xəstələrində pəhriz terapiyası, fiziki aktivlik və bədən kütləsinin azalması qlikemiyaya nəzarət üçün kifayət etmədikdə və diabetin ağırlaşmalarının profilaktikası zamanı göstərilir.

“Servier Group” haqqında:

“Servier” qeyri-kommersiya Fond tərəfindən idarə olunan qlobal əczaçılıq şirkətidir. Beynəlxalq səviyyədə 150 ölkədə əsaslı fəaliyyət göstərən və 2020-ci ildə 4.7 milyard avro məbləğində ümumi gəlirə malik olan “Servier” şirkəti  dünya miqyasında 22,500 nəfəri işə cəlb etmişdir. “Servier” müstəqil qrup olmaqla hər il ticarət nişanından əldə olunmuş gəlirin 20%-ni tədqiqat və işləmələrə sərmayə edir. Terapevtik innovasiyanı pasiyentlərin xeyrinə sürətləndirmək məqsədilə Qrup davamlı olaraq akademik tərəfdaşlar, əczaçılıq qrupları və biotexnologiya şirkətləri ilə açıq və birgə yeniliklər əldə etməyə çalışır. Elmi tədqiqatlardan tutmuş xəstələrə dəstək proqramlarına qədər pasiyentlərə qayğı şirkət fəaliyyətinin təməlimdə durur.

Kardiologiya üzrə lider olan “Servier Group” onkologiya sahəsi üzrə də tanınmış və innovativ iştirakçı olmaq üzrədir. Şirkətin yüksək artım tempi ürək-damar, metabolik, onkoloji, neyrodegenerativ və immunoinflamatuar xəstəliklər sahəsində daimi inkişafla şərtlənir. “Servier Group” həmçinin əksər patologiyaları əhatə edən bir sıra keyfiyyətli  generik dərman vasitələri təklif edir.

“R-Pharm” Şirkətlər Qrupu haqqında:

“R-Pharm” Şirkətlər Qrupu dərman vasitələrinin, laboratoriya avadanlığının və tibbi texnikanın tədqiq edilməsi, işlənib hazırlanması, istehsalı üzrə ixtisaslaşmışdır. Bu gün şirkətlər qrupunun portfelinə sayı 20-dən artıq olan və özünə məxsus elm tutumlu məhsul daxildir ki, onların da çoxu gələcəkdə bir sıra sosial əhəmiyyətli xəstəliklərə qarşı mübarizənin gücləndirilməsinə ciddi töhfə verə bilər.

Qrupun 4500-dən artıq əməkdaşı dünya üzrə şirkətin 70 filialında və 30 ölkəsində keyfiyyətin yaxşılaşdırılması və həyat müddətinin artırılması məqsədilə mümkün qədər çox insanın lazımi vasitələrlə təmin edilməsi üçün səy göstərir.

“R-Pharm”ın strukturuna 9 yüksək texnologiyalı istehsal müəssisəsi daxildir, onların hər biri beynəlxalq keyfiyyət standartlarına cavab verir. Şirkətlər Qrupu əczaçılıq məhsullarının və tibb texnikasının dünyadakı aparıcı istehsalçıları ilə strateji tərəfdaşlıq, istehsalın lokalizasiyası, texnologiyaların ötürülməsi üzrə sazişlər imzalamışdır.

Bütün xəbərlər