Bu şəxslər 2-ci doza vaksini vurdurmalıdır

10:45 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vaksinasiya ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, rəsmi açıqlamada qeyd edilib ki, altı ay əvvəl xəstəliyə yoluxmuş və Səhiyyə Nazirliyi Elmi Şurasının 02 iyul 2021-ci il tarixindəki müvafiq qərarından əvvəl 1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş “İmmunitet sertifikatı”nın müddəti uzadılmır:

“2 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar”.

 

Bütün xəbərlər