Qurbanlıq heyvanların onlayn satışı başlayır

11:10 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində qurbanlıq qoyunların onlayn satış yarmarkasını təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə nazirliydən bildirilib. Məlumata görə, vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər.

Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı iyulun 16-dan vətəndaşların istifadəsinə veriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər