Çin iqtisadiyyatına qoyulan investisiyaların həcmi artır

12:01 - 14.07.2021


14 iyul, Fineko/abc.az. Xarici investorların və özəl kapitalın Çin iqtisadiyyatında və bu ölkənin aktivlərində payı durmadan artır.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən ölkəyə qoyulan ümumi vəsaitin həcmi artıq 800 milyard dolları keçib.

Təkcə bu ilin əvvəlindən iyunun sonuna kimi ofşor investorlar Honkonq, Şanxay və Şenzen birjaları vasitəsilə Çin şirkətlərinin 35 milyard dollardan artıq səhmlərini alıb.

Bu isə ötən ilki göstəricidən 49% çoxdur.

 

Bütün xəbərlər