330x110
 

Bu şirkət Azərbaycanda qızıl istehsalını artırıb

14.07.2021,12:13


14 iyul, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ikinci rübündə 16 740 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.

ABC.AZ xəbər verir ki, istehsal bu ilin birinci rübünə nisbətən 8,5 % artıb. 2021-ci ilin birinci rübündə bu həcmlər 15 431 unsiya qızıl ekvivalenti olub.

Bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi 17% artıb. 2020-ci ilin ikinci rünübdə bu rəqəm 14 301 unsiya qızıl ekvivalenti təşkil edib.

Bu istehsal üzrə əldə edilən gəlir 13,7 milyon ABŞ dolları artaraq bu ilin iyunun sonuna 36,6 milyon ABŞ dollarına çatıb.