Altı ayda istehsalı ən çox artan sahələr - Siyahı

10:45 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.

 

Bütün xəbərlər