“Ay ulduz”, “Kral” və “Nəqşicahan” restoranları cərimələndi

14:12 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı “Ay ulduz”, “Kral” şadlıq saraylarında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və “Nəqşicahan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.

 

Bütün xəbərlər